YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 13-də Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə dekabrın 14-15-də Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V Qlobal Konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Söhbət zamanı bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.