YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi hissədə şəxsi heyətlə görüş keçirilib

Müdafiə Nazirliyinin və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Tərtər rayon şöbəsinin təşkilatçılığı ilə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəxsi heyətlə görüşdə çıxış edən qonaqlar işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi üçün ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin öz bəhrəsini verəcəyinə əminliklərini bildiriblər. Qeyd olunub bu vəzifənin uğurla həyata keçirilməsi üçün müasir silah, döyüş texnikası ilə təchiz edilən, yüksək hazırlığa malik Azərbaycan Ordusu hər an döyüşə hazırdır.

Qarabağ müharibəsinin iştirakçıları keçdikləri döyüş yolları barədə şəxsi heyətə məlumat veriblər.

Sonra qonaqlar hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, onların qış mövsümünə hazırlığı, ərzaq təminatı ilə maraqlanıblar.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Qonaqlar şəxsi heyətlə birlikdə nahar etdikdən sonra xatirə şəkilləri çəkdirilib.