YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

“Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri Azərbaycanın çox vektorlu xarici siyasətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan türkdilli ölkələr sırasındadır  və bu amil münasibətlərin inkişafında mühüm rol oynayır.

“Ümumiyyətlə, son illər ölkələrimiz arasında əlaqələr daha da inkişaf edib. Xəzərin hüquqi statusunun müəyyənləşməsindən sonra münasibətlərin inkişafına yeni dinamizm var. Bütövlükdə isə hər iki ölkənin xalqlarını dərin tarixi köklər bağlayır. Azərbaycan və Türkmənistan xalqlarınin tarix, dil, din bağlılığı var. Bu amil münasibətlərimin daha da güclənməsini zəruri edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri qarşılıqlı əlaqələrin daha da inkişafı baxımından böyük təkan olacaq”-deyə, deputat qeyd edib.