YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Bolqarıstan arasında nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin nəqliyyat, informasiya texnologiyaları və kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin energetika naziri Temenujka Petkova ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə tərəflər Azərbaycan ilə Bolqarıstan arasında nəqliyyat və energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından bəhs edib və hər iki sahənin ikitərəfli münasibətlərin mühüm komponenti olduğunu təsdiq ediblər.

Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsinin gündəmdə olduğu qeyd olunub.

Habelə, əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstanın Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynadığı nazirlər tərəfindən qeyd edilib və tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğu xüsusilə vurğulanıb.