YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb

"Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun keçirilməsi göstərdi ki, Azərbaycan Respublikası dünyanın humanitar məsələlərinin müzakirə və həll olunduğu mühüm mərkəzdir”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, cənab Prezident İlham Əliyevin nitqi dünyanın humanitar böhranlardan xilas olması üçün yolları konkret göstərdi. Onun fikrincə, dünya ölkələrinin Azərbaycandan öyrənəsi çox şeylər var.

“Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. VI Beynəlxalq Humanitar Forumu olduqca samballı tədbirdir. Forum həm də Azərbaycanın dünyadakı gücünü göstərir. Bakıda keçirilən forumlar xalqımızın, ölkəmizin tolerantlığının, multikultural dəyərlərə sahib çıxmasının göstəricisidir. Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyaya çox ciddi mesajlar göndərdi. Hesab edirəm ki, Forumda səslənən fikirlər, irəli sürülən təkliflər bundan sonra ciddi müzakirələrə səbəb olacaq”-deyə, deputat vurğulayıb.