YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi ardıcıl olaraq möhkəmlənir

“Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır və müasir çağırışlara cavab verir”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ölkəmiz dünyaya uğurla inteqrasiya edir, beynəlxalq müstəvidə mütəmadi olaraq yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət təsirini göstərməyə çalışır, qlobal müstəvidə sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal iştirak edir.

“Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən yararlanaraq daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Bunun da məntiqi nəticəsidir ki, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı davamlı olaraq artır, ölkəmizin dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Bunun bariz nümunəsi respublikamızın bir neçə il öncə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, Azərbaycanın xarici siyasətinin nətiələrinin olduqca yüksək qiymətləndirilməsi, ölkəmizə olan böyük inam və etimadın ifadəsidir. Azərbaycan, eyni zamanda, müxtəlif ölkələrlə çox fəal siyasi dialoqa malikdir və diplomatik fəaliyyətini uğurla davam etdirir. Elə son zamanlar müşahidə edilən proseslər də bu həqiqəti əks etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin ardıcıl olaraq möhkəmləndiyini göstərir”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.