YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı konkret addımlar atmalıdır

“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı konkret addımlar atmalıdır”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, həmsədrlər işğalçı ilə işğala məruz qalan dövləti bərabər tutmamalıdır. Onun sözlərinə görə, işğalçı Ermənistan öz adı ilə çağrılmalıdır.

“Həmsədrlər “balanslaşdırılmış” bəyanatlardan, regiona turist səfərlərindən daha çox əməli tədbirlər görməlidirər. Onlar münaqişənin büynəlxalq hüquq çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə çalışmalıdırlar. Eger Ermənistan bu prosesdə ciddi təzyqilərə, sanksiyalara məruz qalmasa xosluqla işğlaçılıq siyasətinə son qoymayacaq. Ötən illərin təcrübəsi bunu deməyə əsas verir”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.