YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Şamxani: Terrorçuluğa qarşı mübarizədə Azərbaycan ilə əməkdaşlıq etməyə hazırıq

Beynəlxalq terrorçuluq İslam ölkələrinin inkişafının qarşısını alır. Buna görə də İran ilə Azərbaycanın terrorçuluğa qarşı birgə mübarizə aparması zərurətə çevrilib.

Bu sözləri İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani deyib. O bildirib ki, Azərbaycan İranın ən yaxın qonşusu olmaqla, həmçinin dost və qardaş ölkədir. Buna görə də Azərbaycanda ictimai-siyasi sabitliyin davamlı olması İranın maraqlarına uyğundur. İki ölkə arasındakı münasibətlərin inkişafı çox önəmlidir. Terrorçuluqla yanaşı, qanunsuz miqrasiyaya, narkotik maddə və silah-sursat qaçaqmalçılığına qarşı mübarizədə də əməkdaşlıq əlaqələrini gücləndirmək vacibdir.

Əli Şamxani deyib ki, İran Azərbaycanın sabitliyini öz sabitliyi kimi qəbul edir və iqtisadi əlaqələrlə yanaşı, təhlükəsizlik məsələlərində də Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. İrana qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, rəsmi Tehran beynəlxalq terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək.