YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Parlamentin payız sessiyasında millət vəkillərini məhsuldar fəaliyyət gözləyir

«Parlamentin payız sessiyasında millət vəkillərini məhsuldar fəaliyyət gözləyir». Bu fikri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, payız sessiyasında bir sıra vacib məsələlərin müzakirəsi nəzərdə tutulur. Onun sözlərinə görə, xüsusilə 2015-ci ilin büdcə zərfi geniş müzakirə predmeti olacaq.

«2015-ci ilin büdcə zərfi Nazirlər Kabineti tərəfindən ölkə Prezidentinə təqdim olunub. Yəqin ki, yaxın günlərdə sənəd Milli Məclisə göndəriləcək. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib»- deyə, spiker vurğulayıb.

O.Əsədov qeyd edib ki, parlamentin ötən yaz və növbədənkənar sessiyaları müddətində 12 iclas keçirilib, 131 qanun və qərar qəbul edilib. MM sədri bu müddətdə Milli Məclsin beynəlxalq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb.