YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Milli Ordumuzun dünyanın 50 ən güclü ordusundan biri olması ilə bütün xalqımız fəxr edir

«Milli  Ordumuzun dünyanın 50 ən güclü ordusundan biri olması ilə bütün xalqımız fəxr edir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, son bir neçə ilin təcrübəsi göstərdi ki, əsgər və zabitlərimiz istənilən tapşırığı ən az itki və böyük məharətlə yerinə yetirməyə, düşməni məhv etməyə  qadirdir. Onun sözlərinə görə, 26 iyunda keçirilən hərbi  paradda nümayiş olunan hərbi sursat, texnika ordumuzun nə qədər güclü olduğunu bir daha təsdiqlədi.

«Son 15 ildə Azərbaycanın ordusu xeyli güclənib və inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz regionun ən güclü ordusuna çevrilib. Azərbaycan modern silah, hərbi texnikalar malik olmaqla yanaşı, artıq ölkəmiz özü bu cür silahlar istehsal edir. Hərbi paradda Ali Baş Komandanın “Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək” fikirləri xalqımızın iradəsini nümayiş etdirməklə yanaşı, dünyaya ünvanlanan növbəti mesaj idi. Ölkə başçısının da söylədiyi kimi düşmən ordumuzun qarşısında qətiyyən tab gətirə bilməz»-deyə, deputat vurğulayıb.