YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı parlamentari AŞPA komitəsinin məruzəçisi seçilib

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun sosial məsələlər komitəsinin iclası keçirilib.

İclasda komitənin “Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi” adlı mövzu ilə bağlı məruzəçinin təyin edilməsi üçün səsvermə olub.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhigin namizədliyi irəli sürülüb.

Deputat Sevinc Fətəliyeva səslərin əksəriyyətini toplayaraq AŞPA-nın sosial məsələlər üzrə komitəsinin məruzəçisi seçilib.