YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveyt Dövləti Millət Məclisinin sədri Mərzuq Əl-Ğanim Prezident İlham Əliyevə təbrik ünvanladı

Küveyt Dövləti Millət Məclisinin sədri Mərzuq Əl-Ğanim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Dost Azərbaycan Respublikasında keçirilmiş son prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Küveyt Dövləti Millət Məclisinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin inkişaf və tərəqqisi naminə bu ali missiyanızda Sizə uğurlar diləyirəm.

Ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğumu ifadə edirəm. Zati-alinizin və Küveyt Dövləti Əmirinin ölkələrimizi bir-birinə bağlayan sıx və tarixi əlaqələri inkişaf etdirmək, dost xalqlarımızın mənafeyinə xidmət edən birgə əməkdaşlığımızı möhkəmləndirmək və daha da irəliyə aparmaq istiqamətində göstərdiyiniz qətiyyəti yüksək dəyərləndirirəm”.