YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarov Prezident İlham Əliyevə təbrik ünvanladı

“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım.

Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.

Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik”.