YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanın Baş naziri: “Cənub” qaz dəhlizi yalnız infrastruktur layihəsi deyil, gələcəyə olan bir baxışdır

“Cənub” qaz dəhlizi yalnız infrastruktur layihəsi deyil, gələcəyə olan bir baxışdır və artıq reallığa çevrilir. Bu baxış nəticəsində Avropa və Asiya birləşir. Enerji təminatı və enerji təhlükəsizliyi baxımından bu, gələcək illər ərzində müxtəlif dövlətlər və xalqlar arasında davamlı əməkdaşlığı təmin edəcək layihədir.

Bu sözləri sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdəki çıxışında Yunanıstanın Baş naziri Antonis Samaras deyib.

A.Samaras bildirib ki, Yunanıstan ilk gündən bu layihəni dəstəkləyən ölkə olub. Həmin kəmər Yunanıstan ərazisindən keçəcək. TAP və TANAP layihələri “Cənub” qaz dəhlizinin tərkib hissələridir. “Cənub” qaz dəhlizi məhdud layihə deyil. Çünki bu dəhlizi TAP layihəsi gələcəkdə digər şəbəkələrlə birləşdirə bilər. Təbii ki, bu fikirlərin həyata keçirilməsi üçün yekun rəylər verilməlidir. Amma əminəm ki, TAP layihəsi gələcəkdə daha geniş imkanlar açacaq” – deyə Yunanıstanın Baş naziri qeyd edib.