YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunun İrəvanlı, Mamırlı və Poladlı kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun İrəvanlı, Mamırlı və Poladlı kəndlərində keçirilib.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində İrəvanlı kəndində keçirilən görüşü YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, Mamırlı və Poladlı kəndlərində keçirilən görüşləri isə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov giriş sözü ilə açaraq bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil olub, qeyd olunan dövrdə ümumdaxili məhsul 3,2 dəfə, valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 6 dəfə çoxalıb, regionlarda ümumi məhsul buraxılışının həcmi 3,6 dəfəyə bərabər olub. 
Natiqlər həmçinin bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyiblər.