YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatında gənclərlə görüş keçirilmişdir

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı  gənclərlə  görüş keçirib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycanın  çox mühüm bir siyasi kampaniya,prezident seçkiləri ərəfəsində olduğunu, ölkəmizdə aparılan dövlət gənclər siyasəti və bu siyasətin sayəsində yaradılan münbit şəraitdən, Azərbaycanın bu illər əzrizndə qazandığı uğurlardan bəhs edərək, gəncləri düzgün seçim etməyə, gələcəyimiz naminə ən layiqli namizədə, partiyamızın sədri cənab İlaham Əliyevə səs verməyə çağırdı.

Milli Məclisin deputaı Sevinc Fətəliyeva Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə gücləndiyini, həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirldiyini vurğuladı.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin hər zaman gənclərin yanında olduğunu, hər zaman onlara dəstək verdiyini vurğulamışdır. Azərbaycanda  gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyində  iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirdiyini qeyd etmişdir. Gənclər Birliyinin sədri Seymur Orucov gəncləri Azərbaycanın firəvan gələcəyi naminə Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə gənclər adından çıxış edən  Pərvin  Əhmədova, Arzu Məmmədzadə, Ülviyyə Mədətova, İbrahim Heydərov yekdilliklə aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.