YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerik rayonunda seçicilərlə izdihamlı görüş keçirilib

Yeni Azərbaycan Partiyası Lerik   rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Kampaniya çərçivəsində rayon mərkəzində izdihamlı mitinq-görüş keçirilib. 

Tədbirdə çıxış edən Milli Məclisin İqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Lerik rayon təşkilatının təbliğat qrupunun üzvləri Cəlil Baxşıyev, H.Bəşirov, E.Qənbərov bildiriblər  ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir. Çıxış edənlər Lerikli seçiciləri firəvan gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Tədbir konsert proqramı ilə davam etdirilib.