YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunda seçki kampaniyası uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Zərdab rayonunda uğurla davam etdirilir.

Növbəti görüş  rayonun  Məliklu, Burunlu,  Sarıqaya, Qoruqbağı  kəndlərinin seçiciləri ilə keçirilib.

Görüşdə YAP Zərdab  rayon təşkilatının sədri Pərvin Mahmudova  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş daxili və xarici siyasətdən, həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan, ölkəmizdə o cümlədən rayonumuzda gedən abadlıq quruculuq işlərindən danışdı.

Görüşdə cıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizin əldə etdiyi inkişafdan danışıb və bu inkişafın davamlı olması üçün seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb. Jalə Əliyeva bildirdi ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər. Xalq inkişaf və sabitlik üçün öz Prezidentinə - cənab İlham Əliyevə səs verəcəkdir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Vüsalə Kərimova və Mübariz Umarov ölkəmizin əldə etdiyi uğurlardan və bütün bunların xalqımızın qeyrətli oğlu cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğundan söhbət açmış və seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Görüşlərdə seçicilər adından çıxış edən kənd sakinləri artıq öz seçimlərini müəyyənləşdirdiklərini, seçki günü məntəqələrə gələrək vahid, layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.