YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ seçiciləri yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.

Yüksək seçici fəallığı və qələbəliklə baş tutan görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA-nın İnformasiya Texnologiyalari İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Rasim Əliquliyev YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat veriblər. Qeyd olunub ki, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahının üzvləri Xaliq Məmmədov, Nazim Hüseynov, rayon sakinləri Rafiq Şaxverdiyev, Süsən Fətullayeva, Allahverdi Məmmədov və digərləri də vurğulayıblar ki, seçicilər cənab İlham Əliyevə səs verməklə ölkəmizdəki sabitliyə, geniş islahatlar kursunun davamına, daha böyük iqtisadi nailiyyətlərə və vətəndaşların həyatlarının daha yaxşı təmin olunmasına səs vermiş olacaqlar.