YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xızı rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Xızı şəhər seçiciləri ilə keçirilib.

Görüşdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Ağsaqqallar Şurası Milli Məclisinin üzvü Rza Avşarov və Xızı rayon Ağsaqqallar Şurasının sədri Şərif Vəliyev iştirak ediriblər.

Tədbirləri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev qeyd edib ki, ötən 15 ildə Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan möhtəşəm inkişaf yolu keçib. F.Haqverdiyev  xızılılar növbəti dəfə də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklərinə əminliyini ifadə edib.

Görüşdə seçicilər adından Oqtay Abdullayev, Firəngiz Hüseynova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə qələbə qazanacağına əminliklərini ifadə ediblər.