YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda İlham Əliyev siyasi lider kimi alternativsizdir və xalqın yeganə inam, etimad ünvanıdır

YAP Bərdə rayon  təşkilatı  Yeni Azərbaycan Partiyası  tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat  kampaniyası çərçivəsində  rayonun  Otuzikilər, Şirvanlı, Kolayır  və  onları əhatə edən  kəndlərdə seçicilərlə görüş keçirib.

YAP Bərdə rayon təşkilatının Fəqət Şadlinskaya çıxış edərək bildirdi ki, uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir.

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvlərindən Nizami Quliyev, Ofeliya Hüseynova, Tofiqə Məmmədova,  kənd sakinləri Telman Hüseynov, Şahin Qurbanov çıxış edərək bildirdilər ki, 11 apreldə hər birimiz  seçki məntəqələrinə gələrək  Yeni Azərbaycan Partiyasının  namizədi  İlham Əliyevi dəstəkləməklə  Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik.