YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Zərdab rayon təşkilatı Zərdab şəhərində gənclər, qadınlar və ağsaqqallar ilə görüş keçirib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Zərdab şəhərində gənclər, qadınlar və ağsaqqallar ilə görüş keçirib.

Görüşləri  YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib.

Milli Məclisin deputatı Jalə Əliyeva, AMEA Prezidentinin müşaviri Qərib Məmmədov cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. Onlar cənab İlham Əliyevin 2003-cü ildə  və sonrakı 15 il ərzində verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını və bu istiqamətdə məqsədyönlü siyasətin həyata keçirildiyini diqqətə çatdıraraq bütün seçiciləri YAP-nın namizədinə səs verməyə çağırıblar.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vəfa Bayramova və Mübariz Umarov seçiciləri hamılıqla YAP-ın layiqli namizədinə cənab İlham Əliyevə səs verməyə çağırıblar. Onlar bildiriblər ki, xalqın və ölkənin bundan sonrakı inkişaf yolu da məhz Prezident İlham Əliyev kimi qətiyyətli və müdrik dövlət başçısının rəhbərliyi ilə davam edəcəkdir.

Seçicilər, o cümlədən qadınlar, gənclər və ağsaqqallar adından çıxış edən ictimaiyyət nümayəndələri bildiriblər ki,  aprel ayının 11-də mütəşəkkil qaydada seçki məntəqələrinə gedərək ölkənin gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər.