YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçay rayonunda seçki kampaniyası uğurla davam edir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun Mallı-Şıxlı kənd sakinləri ilə keçirilmişdir.

Görüşdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov  vurguladı ki , biz cənab İlham Əliyevin təbligat - təşviqat kampaniyasında iştirak edirik və insanların cənab Prezidentə olan dəstək və sevgisini canlı müşahidə edirik. 2003-cü il seçki kampaniyası müddətində cənab İlham Əliyevin verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yüksək statistik göstəricilərlə icra edildi. Bu isə insanların Prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirdi. 

Natiq ,2018-ci il Prezident seçkilərində Azərbaycan xalqı yenidən Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirdi. Qetd etdi ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünyanın ən sabit və sakit, firavan ölkəsinə çevrilib. S.Şükürov , bütün bunlara görə bu ugurlarin davam etməsinə görə kənd sakinlərini 11 Apreldə cənab İlham Əliyeəv səs verməyə səslədi

Daha sonra çixış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvləri Ləman Hacıyeva, Elnur İsmayılov, Elçin ismayılov,Namət Şirinov, kənd sakinlərindən Nuriyyə İsmayılova , Vaqif Həşimov, Yaxşı Xəlilova  və başqalari Azərbaycanda olan yüksək inkişafdan, mədəniyyət sahəsinə göstərilən qayğı və diqqətdən danışıblar. Azərbaycanı işıqlı gələcəyə doğru aparan cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramının danılmaz oldugunu vurguladılar. Natiqlər qeyd ediblər ki, növbəti 7 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq.