YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunun Məmmədqasımlı və Gödəkqobu kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Məmmədqasımlı və Gödəkqobu kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək bildirib ki, cənab İlham Əliyev ölkəmizin alternativsiz lideridir. Natiq qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirib. Bu uğurun davamı üçün vətəndaşlarımız 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklər.

Milli Məclisin deputatı Jalə Əliyeva, AMEA Prezidentinin müşaviri, professor Qərib Məmmədov çıxış edərək Azərbaycanda hər bir sahədə dinamik inkişafın əldə edilməsində cənab İlham Əliyevin xidmətlərindən bəhs edib. Çıxış edənlər  seçiciləri fəal olmağa və cənab İlham Əliyevə - Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verməyə çağırıblar.

Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyi dayanır. Bildirilib ki, həyata keçirilən islahatların daha da dərinləşməsini, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik. 

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vəfa Bayramova və Mübariz Umarov cənab İlham Əliyevin Azərbaycanı firavan gələcəyə doğru aparan mütləq lider olduğunu bildiriblər. Onlar bütün seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda seçicilər adından çıxış edən kənd ağsaqqalı İbrahim Eyvazov hamılıqla  aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildirib.