YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Balakən rayonu İtitala kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı İtitala kəndində seçicilərlə  görüş keçirib.

Görüşü YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib.

Daha sonra Milli Məclisin deputatı Nəsib Məhəməliyev cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. O, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını xatırladaraq bütün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək bildirib ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Onun sözlərinə görə, Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında yer alıb. Millət vəkili seçiciləri  Ulu öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.