YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Quba rayonunda seçicilərlə görüş keçirilib

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Quba rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində Quba şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verib. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Natiq  bunları nəzərə alaraq, seçiciləri  aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görüşdə çıxış edərək Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi uğurlardan, həyata keçirilən iqtisadi islahatların əhəmiyyətindən danışıb. O, bütün seçiciləri prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Quba  rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.