YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki rayonun Kiş kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı rayonun Kiş kəndində seçicilərlə görüş keçirib.

Görüşdə YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov  Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib.

Daha sonra Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov  cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. O, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını xatırladaraq bütün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər yekdilliklə aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.