YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıllı rayonunun Ruşan kəndində seçicilərlə keçirilib

Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Ruşan kəndində keçirilib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova bildirib ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik ölkə kimi tanınır. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. Onun sözlərinə görə, Prezidentimizin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Zaur Muradov, Valeh Salehov çıxış edərək qeyd ediblər ki, son 15 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyi beynəlxalq aləmdə də etiraf olunur.Natiqlər seçiciləri davamlı inkişaf naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən Ruşan kənd sakinləri Rəna Məmmədova, İnqilab Məmmədov, Əvəz Əmirov və  Sevda Səfixanova bütün seçiciləri dövlətimizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçki prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıblar.Onlar qeyd ediblər ki, İsmayıllı seçiciləri növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyəcək, Azərbaycanın daha da güclənməsinə səs verəcəkdir.