YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunun Şıxbağı, Kəndəbil, Ağabağı, Nəzəralı və Şəftəhal, Aşağı Seyidlər kəndlərinin seçicilərilə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti görüş rayonun Şıxbağı, Kəndəbil, Ağabağı, Nəzəralı və Şəftəhal, Aşağı Seyidlər kəndlərinin seçicilərilə keçirilib.

Görüşlərdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova  son 15 ildə həyata keçirilən siyasətin uğurlarından danışıb. Natiq əmin olduğunu bildirib ki, Azərbaycan xalqı aprelin 11-də Ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ideyalarının təntənəsinə, ölkəmizdə bərqərar olmuş sabitliyə, sürətli iqtisadi inkişafa, milli təhlükəsizliyə,Azərbaycanın dinamik inkişafının və parlaq gələcəyinin təminatçısı, partiyamızın vahid namizədi cənab İlham Əliyevə səs verməklə onun parlaq qələbəsini təmin edəcək. 

Tədbirdə  çıxış edənlərdən  Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü,AMEA Prezidentinin müşaviri, professor Qərib Məmmədov, Milli Məclisin deputatı Jalə Əliyeva bildiriblər ki, cənab İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan müdrik siyasətçidir və onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir azərbaycanlı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək.

Daha sonra təbliğat qrupunun üzvləri Vüsalə Kərimova, Mübariz Umarov  çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə də qələbə qazanacağına inandıqlarını bildiriblər.

Seçicilər adından çıxış edən kənd sakinləri Təranə Səlimova, Dərya Əhmədova və Sədiyar Xəlilov  bildiriblər ki, Zərdablılar hamılıqla 11 apreldə cənab İlham Əliyevə səs verəcəklər.