YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunun Lək və Füzuli kəndlərində seçicilərlə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Lək  və Füzuli kəndlərində keçirilib. 

Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, ötən müddət ərzində Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. G.Bayramov vurğulayıb ki, qazanılmış nailiyyətlər və mövcud reallıqlar deməyə əsas verir ki, Azərbaycan xalqının, o cümlədən Samux ictimaiyyətinin seçimi yenə də Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev olacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən və uğurlu nəticələrindən bəhs edib. Regionların sosial-iqtisadi inkişafının dinamik şəkildə davam etdiyini bildirən millət vəkili əlavə edib ki, ölkəmizin, o cümlədən bölgələrin sürətli inkişafı hər bir vətəndaşın həyatında xüsusilə hiss olunur, insanların rifah halı daha da yaxşılaşır.

Daha sonra tədbirdə çıxış edən seçicilər birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.