YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərlilər ölkəmizin uğurlarının davamlı olması üçün cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun Yuxarı Qapanlı, Qazyan, Bəyimsarov və Hüsənli kəndlərində keçirilib.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində Yuxarı Qapanlı, Qazyan və Hüsənli kəndlərində keçirilən görüşləri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, Bəyimsarov kəndində keçirilən görüşü isə YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov giriş sözü ilə açaraq partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı barədə məlumat veriblər. Çıxışlarda vurğulanıb ki, son 15 ildə həyata keçirilən siyasət nəticəsində iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb, sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım əldə olunub.

Görüşlərdə həmçinin rayon təbliğat-təşviqat qrupunun üzvü Bəhmən Bayramov, Pənah Məmmədov, Fitat Əliyeva, Hüsənli kənd sakinləri Ülvi Əhmədov, Cümşüd Həsənov, Qarabağ savaşı qazisi Suliddin Yusibov, Bəyimsarov kənd sakinləri Mehriban Hüseynova, Vaqif Əliyev, Yuxarı Qapanlı kənd sakinləri Qızxanım Məhərrəmova, Elxan Allahverdiyev, Əhliman Nəzərov, Qazyan kənd sakini Siyatel Məmmədova, İlahə Kərimova çıxış edərək ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildiriblər. Çıxışlarda bildirilib ki, tərtərlilər ölkəmizin uğurlarının davamlı olması üçün cənab İlham Əliyevə səs verəcəklər.