YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunun fəal qadınları ilə görüş keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dövlət maraqlarına xidmət edən silsilə uğurlu islahatlardan danışdı. Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, yol infrastrukturunun, nəqliyyat, təhsil, səhiyyə və s. sahələrdən görülən işlər və qazanılan müvəffəqiyyətlərdən bəhs etdi. Ramiz Göyüşov cəmiyyətimizdə qadınların fəal iştirakından danışaraq qadınların hərtərəfli inkişafı, fəallaşması istiqamətində münbit şəraitin yaradıldığını bildirdi. Bütün qadın seçiciləri qarşıdan gələn Prezident seçkilərində sabitliyimizin, inkişafımızın, xalqımızın ən böyük dəstəkçisi olan cənab İlham Əliyevə səs verməyə çağırdı.

Milli Məclisin deputatlarından Eldar İbrahimov, Ziyad Səmədzadə bildirdilər ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışdı və bütün qadınları, qadın həmkarlarını qarşıda gələn Prezidetn seçkilərində cənab Prezidentə səs verməyə dəvət etdi.

Görüşdə çıxış edən bir qrup qadın seçici ölkəmizdə aparılan siyasəti bəyəndiklərini, dəstəklədiklərini bildirərək 11 aprel 2018-ci il tarixdə hamılıqla seçkilərə gedəcəklərini və Prezident cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.