YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana 20 nəfərlik müşahidə missiyası göndərəcək.

Şuranın Katibliyindən verilən məlumata görə, heyətə Türk Şurası baş katibinin müavini Ömər Kocaman rəhbərlik edəcək. Bakı, Şəki və Quba şəhərlərində səsvermənin gedişini izləyəcək müşahidəçilər seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək və bəyanat yayacaqlar.