YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatı rayonun qadın seçiciləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qadın seçiciləri ilə görüş keçirib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın inkişafı yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıb.

Çıxış edən Milli Məclisin deputatı Sabir Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. O qeyd edib ki, həyata keçirilən dövlət qadın siyasəti də bu təbəqənin inkifaında vacib rol oynayır: “Buna görə də əminliklə deyə bilərik ki, aprelin 11-də Azərbaycan xalqının, o cümlədən qadınların seçimi məhz cənab İlham Əliyev olacaq”.

Daha sonra çıxış edən qadın seçicilər aprelin 11-də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.