YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova Azərbaycanlıları Konqresi: Biz inanırıq ki, Azərbaycan xalqı müdrik seçim edərək cənab İlham Əliyevə yenidən etimad göstərəcəkdir

Moldova Azərbaycanlıları Konqresi aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, bu seçkilər tarixi Vətənimizin ictimai-siyasi həyatında taleyyüklü əhəmiyyət kəsb edən bir tədbirdir: "Belə ki, Azərbaycanın yaxın gələcəkdə keçəcəyi tarixi yol şübhəsiz ki, ölkə rəhbərinin şəxsiyyətindən aslıdır.

Bu seçkilər Molova Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları üçün də əhəmiyyətli bir hadisədir. Son illərdə Azərbaycan Diasporunun inkişafı və onun fəaliyyətinin təkmilləşdirliməsi baxımından bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu dövr həm də Azərbaycan və Moldova Respublikası arasında münasibətlərdə və bu ölkələrin əməkdaşlığı tarixində müstəsna bir yer tutur".

Bəyanatda daha sonra qeyd olunur ki, ölkələrimiz arasında münasibətlərin inkişafının əsas təminatçısı Azərbaycan dövlətinin başçısıdır.  "Ona görə də cənab İlham Əliyevin bu baxımdan göstərdiyi yüksək əhəmiyyətli fəaliyyətini bəyənirik və biz onu bundan sonra da dəstəkləyəcəyik.

Bu gün Moldova Respublikasında yaşayan azərbaycanlıların arxasında qüdrətli Azərbaycan dövlətinin gücü hiss edilir. Bu baxımdan, qarşıdan gələn prezident seçkiləri bizim də diqqət mərkəzimizdədir. Biz inanırıq ki, Azərbaycan xalqı yenə  müdrik seçim edərək dahi Ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirən  cənab İlham Əliyevə növbəti dəfə etimad göstərəcəkdir", - deyə bəyanatda qeyd olunur.