YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, cənab İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyası Cəlilabad rayonunda uğurla  davam edir. Kampaniya çərçəvəsində rayonun Qarazəncir,  Sabirabad, Əliqasımlı, Gülməmmədli və Qarakazımlı kəndlərinin seçiciləri, eləcə də, gənclər və qadınlarla görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri cənab Mirsüleyman Mirxaslı rayonun yaşayış məntəqələrində seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçirilən görüşlər barədə məlumat verib, cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 15 ilə yaxın müddət ərzində ölkəmizdə gedən sıçrayışlı inkişaf barədə ətraflı danışıb. O, seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması və inkişaf etdirilməsi, əhalinin yaşayış səviyyəsinin ilbəil yaxşılaşması, bütün bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasına xüsusi önəm verilməsi məsələlərini konkret faktlarla seçicilərin diqqətinə çatdırıblar. Və bütün seçiciləri aprelin 11-də cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlərdə  çıxış edən seçicilər də 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəsdəkləyəcəklərini bəyan ediblər.