YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunun Novxanı kəndində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunun Novxanı kəndində seçicilərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev seçicilərin 11 apreldə seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Odur ki, xalqımız son 15 ildə qazanılmış nailiyyətlərin davamına səs verəcək.

Görüşdə həmçinin qərargah üzvləri Nazilə Məmmədova, Bayram Hüseynzadə, kənd sakinləri Mənsumə İsayeva, Kainat Dadaşova, Afiq Hüseynov və digər natiqlər çıxış edərək vurğulayıblar ki, novxanılılar həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.