YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib.

Görüşü YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib. “Azərbaycan dövlətinin gender siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan qadını daim dövlətin diqqət və qayğısından bəhrələnib. Mən seçiciləri aprelin 11-də seçki məntəqələrinə gəlməyə və liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram”, - deyə M.İbrahimqızı söyləyib.

Daha sonra millət vəkili, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək bildiriblər ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. O, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını xatırladaraq bütün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

.