YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Finlandiya Azərbaycan Assosiasiyasının ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul etdiyi müraciətdə Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədikləri bildirilir

Finlandiya Azərbaycan Assosiasiyası aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı müraciət qəbul edib. Müraciətdə Finlandiya Azərbaycan Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyi bildirilir: "Biz Finlandiya Azərbaycan Assosiasiyası, Avropa Azərbaycanlıları Konqresinə üzv olan bir təşkilat olaraq Azərbaycanda gedən istər siyasi, istərsə də iqtisadi inkişafı, sabitliyin qorunub saxlanılmasını diqqətlə izləyirik və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü bu siyasəti dəstəkləyir və qürur hissi keçiririk. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Qafqazda lider dövlətə çevrilib".

Sənəddə qeyd olunur ki,cənab İlham Əliyev bir-birindən əhəmiyyətli addımları ilə Azərbaycanı zirvələrə yüksəldib: "Müstəqil Azərbaycanımızın bayrağı uğurlarımızın təsdiqi olaraq daim yüksəkliklərdə dalğalanır. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə həllini tapacaq, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq".

"Cənab İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir.

11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə uğurlar arzulayırıq. Gəlin Azərbaycanın daha da güclənməsinə səs verək! " deyə müraciətdə vurğulanır.

Müraciətdə o da qeyd edilir ki, 11 aprel 2018-ci il tarixində, Azərbaycan Respublikası Prezidentinin seçkisi ərəfəsində Azərbaycan Respublikasının Stokholmdakı Səfirliyinin ofisində (Ünvan: Barnhusgatan 3, 4-cü mərtəbə, 111 23,Stokholm) 16-Yasamal II Seçki Dairəsi üzrə 39 nömrəli məntəqə fəaliyyət göstərəcək: "İsveç, Norveç və Finlaqndiyada yaşayan həmvətənlərimiz saat 08:00-dan 19:00-dək seçki məntəqəsinə gələrək səs verə bilərlər.Səsvermə üçün gələcək hər bir Azərbaycan Respublikası vətəndaşından, AR şəxsiyyət vəsiqəsi deyil, AR pasportunu üzərində götürməsi xahiş olunur. Səsvermədə aktiv mştirak etməyinizi xahiş edirik".