YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatı tərəfindən təbliğat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayon seçicilərilə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin uğurla davam etdiyini bildirib.

Görüşdə çıxış edən millət vəkili Eldar Quliyev, YAP Sabunçu rayon təşkilatı idarə heyətinin üzvü Vahid Hacıyev bildiriblər ki, son 15 ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi ona bəslənilən ümidləri doğruldub və özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləyib. Bu baxımdan da, 11 aprel prezident seçkilərində Sabunçu seçiciləri ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamına səs verəcəkdir.