YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi

YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi.

Görüşdən öncə iştirakçılar rayon təşkilatı tərəfindən İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan videoçarxlara baxdılar.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları və seçiciləri salamladı. Bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm siyasi hadisə olduğunu bildirdi. Cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə etdi.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, MM-in deputatı Madər Musayev çıxışında Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətindən danışdı. Son 14 ildə ölkəmizdə 3100 orta ümumtəhsil məktəbin tikilməsi dövlət başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Cənab Prezident hər zaman gənclərimizin elmli, bilikli, savadlı, yüksək intellektual potensiala, dünya görüşünə malik gənclər olaraq yetişmələri üçün ciddi islahatlar həyata keçirib. Təhsilin inkişafı dövlət siyasətinin daim prioritetlərindən olub. Orta ümumtəhsil məktəbləri ilə yanaşı, ali və orta-ixtisas təhsil müəssisələrinin inşası, təmiri, yenidənqurulması, onların madd-texniki bazalarının möhkəmləndirilməsi üçün daim səylə çalışılıb. Eldar İbrahimov həmçinin təhsil sahəsində çalışan insanların əmək haqlarının artırılması, müəllimlərin dövlət tərəfindən müxtəlif fəxri adlara, medallara layiq görülməsinin onların fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu vurğuladı. Millət vəkilinin sözlərinə görə bütün sahələrdə olduğu kimi təhsilin inkişafı da birbaşa cənab Prezidentin nəzarətindədir. Və bu uğurlu siyasətin davamı üçün seçicilər cənab İlham Əliyevə dəstək olmalı və səs verməlidirlər.

Görüşdə çıxış edən seçicilər – Hüseyn Əsgərov, Adil Həmidov, Yusif Alıyev, Təranə Abulova və başqaları təhsil işçiləri və tələbələr üçün yaradılan şəraitdən danışaraq qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə dəstək olacaqlarını söylədilər.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov görüşün yekun çıxışında bütün seçiciləri Prezident cənab İlham Əliyevə dəstək olmağa və səs verməyə çağırdı.