YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan seçiciləri sabitlik və inkişaf siyasətinə «hə» deyir

YAP Mərkəzi Seçki Qərargahı Şirvan şəhər şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 3-də şəhərin 20 Yanvar , Leytenant İbrahimov və Rəsulzadə küçələrində açıq havada seçicilərlə növbəti görüşlərini keçiriblər.

YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev görüşlərdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir, ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür. Azərbaycan həm də tolerantlıq nümunəsidir, ölkəmizdə müxtəlif xalqlara və mədəniyyətlərə məxsus insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Multikulturalizm Azərbaycan cəmiyyətində həyat tərzidir. Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda demokratik ölkə imicinə sahibdir. Həyata keçirilən islahatlar demokratik inkişafı sürətləndirməklə yanaşı, idarəetmənin daha da təkmilləşməsini şərtləndirir, bütün bunlar isə dövlətimizin gücünün artmasını təmin etmiş olur. 

Görüşlərdə YAP Şirvan şəhər təşkilatı sədrinin müavini Paşa Nəbiyev çıxış edərək vurğulayıb ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir azərbaycanlı kimi, şirvanlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəkdir. Biz inanırıq ki,  hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.