YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı seçiciləri öz seçimlərini ediblər

YAP Suraxanı rayon təşkilatının təbliğat-təşviqat qrupu seçki kampaniyası çərçivəsində növbəti görüşünü  “Qurban Abbasov”adına Mədəniyyət evində Suraxanı qəsəbə seçiciləri ilə keçirib.

YAP Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov müstəqil Azərbaycanın son 25 il ərzində keçdiyi şanlı həyat yolunda, ölkəmizdə qazanılan uğurlardan, daxili və xarici siyasətdən ətraflı məlumat verdi. O çıxışında Ulu Öndər Heydər Əliyevin vaxtı ilə həyata keçirdiyi böyük islahatlardan, ordu quruculuğundan, həyatımızın bütün siferalarında olan dəyişikliklərdən bəhs etdi və bu gündə Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi naliyyətlərə imza atıldığını nəzərə çatdırdı. Cənab Vüqar Seyidov bildirdi ki, “Əsrin Müqaviləsi”ndən gələn sərmayələr hesabına həm paytaxtımız Bakı şəhəri, həm də regionlarımız inkişaf edib.

Çıxış edənlərdən MM-in deputatlarından Sevinc Fətəliyeva və Ağacan Abıyev, Arif Babayev, Loğman Abdullayev, Hicran Şərifov, Elşad Həsənov, Mehman Əliyev, Sevinc Mansurova son 15 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurlarından bəhs etdilər.