YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Buzovna qəsəbəsinin seçiciləri ilə görüş keçirdi

Yeni Azərbaycan Partiyası Xəzər  rayon təşkilatı Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Buzovna qəsəbəsinin seçiciləri ilə görüş keçirdi.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir. Sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xarici siyasət sahəsinə gəldikdə isə, uğurlu və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz regionda sabitləşdirici amil kimi çıxış edir. Bütün bu nailiyyətlər isə Azərbaycanda ictimai-siyasi sabitliyi şərtləndirir.

Azərbaycan prezident seçkilərinə sabitlik şəraitində gedir və qazanılan bütün uğurlar xalqın alternativsiz namizədi olan cənab İlham Əliyevin növbəti möhtəşəm və parlaq qələbəsini təmin edəcək mühüm faktorlardan biri olacaq.

Çıxış edənlərdən Tofiq Məmmədov bildirdi ki, Azərbaycan 2003-cü ildən bu günə qədər hərtərəfli inkişaf yolu keçib, bütün sahələrdə çoxsaylı uğurlar əldə olunub. Bütün bunlar gələcəyə optimist baxmağa əsas yaradır. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə islahatlar növbəti illərdə də uğurla davam etdiriləcək, qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Növbəti mərhələdə də qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə  strateji əhəmiyyətli tədbirlər davam etdiriləcək.

Nəticədə, sadalananlar Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir. Buna görə də bu inkişafın davamlı olmasını istəyən Azərbaycan vətəndaşlarının yeganə seçimi məhz cənab İlham Əliyevdir!