YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş rayon mərkəzində keçirilib.

Görüşədə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir. Azərbaycanın bütün sahələrdə çoxsaylı uğurlar əldə etməsini təmin edən amilin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət olduğunu deyən rayon təşkilatının sədri qeyd edib ki, Samux ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu mövqeyi nümayiş etdirəcək.

Samux rayon təhsil işçiləri adından çıxış edən Gülağa Hüseynov isə bildirib ki, ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır. Azərbaycanın dinamik inkişafının əsasında duran mühüm amillərdən birinin intellektual resursların səfərbər olunması, elm və təhsilin tərəqqisinin təmin edilməsi olduğunu deyən G. Hüseynov bildirib ki, təhsil işçiləri birmənalı şəkildə cənab İlham Əliyei dəstəkləyir.