YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunun Çeyildağ qəsəbəsinin seçiciləri ilə keçirilib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının Seçki Qərargahı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Çeyildağ qəsəbəsinin seçiciləri ilə keçirib. Görüşü açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyəti ilə bağlı danışaraq hər bir seçicinin prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. O, öplkəmizdə azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin olduğunu, aprelin 11-də prezident seçkilərin ən yüksək demokratik prinsiplərə cavab verəcəyini qeyd edib.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Hacı İbrahimov, Namik Vəliyev, qəsəbə sakini Sərməs Sərməsov və digərləri YAP-ın namizədi cənab İlham Əliyevin öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirdiyini vurğulayaraq seçkilərin qalibinin Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyev olacağına əminliklərini ifadə ediblər.