YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı rayonunun Mirikənd, Qaravəlli, Muğanlı, Mədrəsə, Kərkənc, Qurdtəpə, Sağyan, Şirvan və Şərədil kəndlərində görüşlər keçirilib

Şamaxı rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mirikənd, Qaravəlli, Muğanlı, Mədrəsə, Kərkənc, Qurdtəpə, Sağyan, Şirvan və Şərədil kəndlərində görüşlər keçirilib.

YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov vurğulayıb ki, hazırkı reallıqlar, yəni mövcud şərait məhz aprelin 11-də keçiriləcək prezident seçkilərinin də demokratik standartlara uyğun baş tutacağını - Azərbaycanın demokratik ənənələrə sadiq qalacağını söyləməyə əsas verir.

YAP Mərkəzi Seçki Qərargahının üzvləri - Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, YAP Mərkəzi Seçki Qərargahı  Şamaxı rayon şöbəsinin üzvləri H.Şıxıyev, A.Bayramov, S.Fətəliyev, Ş.Hüseynov, F.Quliyeva, T.Yusifova, N.Rzazadə, G.Babaşova qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli, sürətli inkişaf tempi əldə edib. Ölkə daxilində bütün sahələr üzrə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək uğurlu siyasət reallaşdırılıb.

Tədbirlərdə Mirikənd, Mədrəsə, Kərkənc və Kərkənc, Muğanlı  kənd sakinlərindən Əzizxan İsmayılov, Mahmud Orucov, Murad  Mustafayev, Davud  Ziyayev, Şərif Əzizov və Mehriban Azayeva çıxış edərək cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd ediblər.