YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçkilərdə İlham Əliyevin qələbəsi labüddür

YAP Mərkəzi Seçki Qərargahı Füzuli rayon  şöbəsi seçicilərlə növbəti görüşünü  aprelin 2-də  Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirib.

YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova görüşdə çıxış edərək bildirib ki, xalqın ən layiqli namizədi olan cənab İlham Əliyevə füzulilər də böyük rəğbət və etimad göstərirlər. Əminliklə bildirirəm ki, 11 aprel seçkisində partiyamızın namizədi ən yüksək faizlə seçiləcəkdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Astan Şahverdiyev bildirib ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək cənab İlham Əliyevin lehinə səs verəcək. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti yüksəlib və ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Xalqımız bu siyasəti qətiyyətlə dəstəkləyir.

Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədr müavini Rəfael Zülfüqarov, təbliğat qrupunun üzvləri Mirmehdi İbişov, Nazimə Şamıyeva, Günel Həsənova bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Ölkəmiz hazırda regionun lider dövlətidir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib.  Bütün bunları isə məhz Prezident İlham Əliyev son 15 ildə həyata keçirib. Məhz belə möhtəşəm uğurlara görə füzulilər 11 aprel prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.