YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Həqiqət budur ki, soyqırıma məruz qalan azərbaycanlılardır

«Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır». Bu fikirləri BDU-nun professoru Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki,  Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb.

Ötən  illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

«Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərdə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırıma məruz qalan azərbaycanlılardır. Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir.  Biz həqiqəti deyirik. Və həqiqət uğrunda da mübarizəmizi davam etdiririk. Bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Heç kim tarixi saxtalaşdıra bilməz. Ona görə də biz haqq işimizi yorulmadan davam etdirəcəyik»-deyə, A.İsgəndərov qeyd edib.