YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilərlə treninq keçirilib

YAP Laçın rayon təşkilatının seçki qərargahının üzvləri aprelin 11-də keçiriləcək prezident seçkilərində müvafiq seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçilər üçün treninq keçirilib. Tədbirdə seçki hərəkətləri, məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin hüquq və vəzifələri, digər prosedurlar barədə geniş məlumat verilib. Həmçinin məşğələlərdə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Treninqdə çıxış edən YAP Laçın rayon təşkilatının seçki Qərargahının sədri İlqar İlyasov deyib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri uğurla aparılır. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, seçki komissiyaları lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib. İlqar İlyasov bildirib ki, ölkəmizdəki ictimai-siyasi sabitlik, müvafiq seçki komissiyalarının yüksək hazırlığı və ölkənin seçki qanunvericiliyi prosesin tam şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun keçiriləcəyini söyləməyə əsas verir. Azərbaycan dövləti seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə və güclü iradəyə malikdir: “Bütün bunlar isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə həyata keçiriləcəyini söyləməyə ciddi əsaslar yaradır”.